EN

Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri üzrə təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edir.

Publika.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Komitə sədri qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında genişmiqyaslı bərpa və yenidənqurma prosesi dayanıb və bu istiqamətdə mühüm nəticələr əldə olunub.

“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr dünya üçün də maraqlı təcrübədir. Burada həm institusional təşkilatlanma, həm planlaşdırma yanaşmaları, həm tikinti prosesinin təşkili, həm də insanların doğma torpaqlarına qayıdışı ilə bağlı kompleks işlər həyata keçirilir”, – deyə Anar Quliyev vurğulayıb.

Chosen
5
5
publika.az

7Sources