EN

Həkim asqıranda burnunuzu niyə sıxmamalı olduğunuzu izah etdi

Həkim asqıranda burnunuzu niyə sıxmamalı olduğunuzu izah etdi.

E-saglam.az  xəbər verir ki, tibb eksperti Yekaterina Demyanovskayanın sözlərinə görə, asqırıq zamanı yaranan yüksək təzyiqli hava xaric ola bilmədikdə qulaq kanallarına yönəlir. Bu isə qulaq pərdəsinin zədələnməsi, qanaxma və eşitmə problemləri ilə nəticələnə bilər.

Həkim qeyd edib ki, bəzi hallarda daxili qulaq strukturlarında zədələnmə baş verə və bu, geri dönməyən eşitmə itkisinə səbəb ola bilər.

Mütəxəssis həmçinin bildirib ki, burnu və ağzı bağlayaraq asqırmağa çalışan insanlarda nəfəs borusunda zədələnmə halları da qeydə alınıb. Bu zaman boyunda ağrı, hava sızması və digər ciddi simptomlar yarana bilər.

Bundan əlavə, asqırığı saxlamaq kəllədaxili təzyiqin artmasına, ani hərəkət və ya əyilmə zamanı isə əzələ gərginliyi və ağrılara səbəb ola bilər.

Həkimlər asqırığın qarşısını almaq əvəzinə, ağız və burnu salfet və ya dirsəklə örtərək təhlükəsiz şəkildə asqırmağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
29
e-saglam.az

1Sources