Yeni Şəhərsalma Gündəliyi bizə mühüm bir mesaj verdi. Şəhər inkişafı yalnız infrastruktur, binalar və məkan planlaşdırılması demək deyil. Bu, hər şeydən əvvəl insanlarla, onların xidmətlərə, ictimai məkanlara və keyfiyyətli həyat imkanlarına çıxışı ilə bağlıdır.
APA xəbər verir ki, bunu Slovakiyadan olan nümayəndə WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib.
"Slovakiyada biz ərazi inkişafına daha inteqrasiya olunmuş yanaşma istiqamətində mühüm addımlar atmışıq. Strateji planlaşdırmanın, inteqrasiya edilmiş investisiyaların və dövlət, regionlar ilə bələdiyyələr arasında əməkdaşlığın rolunu gücləndirmişik. Milli prioritetlərlə ərazilərin real ehtiyacları arasındakı əlaqə Yeni Şəhərsalma Gündəliyinin uğurlu icrası üçün əsas şərtdir", - o qeyd edib.
Slovakiyalı nümayəndə hələ də bir çox problemin qaldığını vurğulayıb.