EN

Fitso Orbanı rəsmən satdı? — "Ukraynaya 90 milyardlıq kreditdə səhvə yol verdi"

Avropa İttifaqı daxilində Ukraynaya ayrılacaq nəhəng maliyyə yardımı ətrafında yaranan fikir ayrılıqları yeni bir qalmaqallı mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso tələbələrlə keçirdiyi görüşdə Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avroluq krediti bloklamaq cəhdini kəskin tənqid edərək, onun ciddi siyasi səhvə yol verdiyini bəyan edib.

Fitso özünün də bu kreditə qarşı olduğunu və Slovakiyanın, eləcə də Çexiya və Macarıstanın bu maliyyə proqramında iştirak etmədiyini xatırlatsa da, hüquqi müstəvidə fərqli reallığın olduğunu diqqətə çatdırıb.

Slovakiya lideri vurğulayıb ki, sözügedən kredit artıq beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul edilib və bu səbəbdən onun qarşısını kəsmək hüquqi baxımdan qeyri-mümkündür.

"Mən bu kreditin əleyhinə idim və Slovakiya bu prosesdə yer almır. Lakin bu qərar artıq qəbul edildiyi üçün mən onu bloklaya bilmərəm. Məncə, Viktor Orban məhz bu məqamda səhvə yol verdi. Artıq razılaşdırılmış və qəbul edilmiş bir şeyi bloklamaq olmaz", — deyə Fitso rəsmi

Budapeştin israrlı vetosuna münasibət bildirib. Siyasi ekspertlər Fitsonun bu çıxışını Ukrayna məsələsində indiyə qədər eyni cəbhədə çıxış edən Slovakiya və Macarıstan rəhbərliyi arasında yaranan ilk ciddi çat kimi qiymətləndirirlər. Avropa paytaxtlarında isə Orbanın bu uğursuz bloklama cəhdindən sonra Brüsselin Kiyevə vəd etdiyi 90 milyard avroluq yardımı hansı hüquqi mexanizmlərlə reallaşdıracağı maraqla izlənilir. 

Musavat.com

Chosen
61
1
musavat.com

2Sources