EN

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakıya işgüzar səfər edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitinə qatılacaq və tədbirdə çıxış edəcək.

Sözügedən forum şəhərlərin dayanıqlı inkişafı, əhalinin əlçatan mənzillə təmin olunması, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, eləcə də iqlim sabitliyi və mənzil maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub.

İşgüzar səfər çərçivəsində Şavkat Mirziyoyevin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər və ikitərəfli danışıqlar aparması da nəzərdə tutulur.

Chosen
25
16
moderator.az

10Sources