EN

Maduronun müttəfiqi ABŞ-a deportasiya edildi

Venesuela eks prezident Nikolas Maduronun yaxın müttəfiqi və keçmiş sənaye naziri Aleks Saabı ABŞ-a deportasiya edib.

AzNews.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“ABŞ prokurorları tərəfindən gəlirli dövlət müqavilələri vasitəsilə varlanmaqda ittiham olunan Kolumbiya əsilli iş adamı Aleks Saabın ekstradisiyası müvəqqəti prezident Delsi Rodrigezin həyata keçirdiyi təmizləmələrin artdığını göstərir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Aleks Saab Karakasda Hizbullah və SEPAH arasında əlaqələndirici fiqur kimi tanınır və ABŞ-da bir neçə cinayət işi üzrə şübhəli şəxs hesab olunur. 2021-ci ildə Bayden administrasiyasının tələbi ilə İrana səfəri çərçivəsində Kabo-Verdedə saxlanılan Saab ABŞ-a ekstradisiya edilmiş və çirkli pulların yuyulması ittihamı ilə təxminən iki il həbsdə yatmışdı.

Chosen
8
2
aznews.az

10Sources