EN

ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başlayıb

Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb.

Moderator.az xÉ™bÉ™r verir ki, müvafiq mÉ™lumatı PolÅŸa Milli TÉ™hlükÉ™sizlik Bürosunun (BBN) direktoru BartoÅŸ Qrodetski "X" platformasındakı hesabında açıqlayıb.

"Hazırkı dövrə qədər nəzərdə tutulan hərbi heyətin 20%-dən çoxu, həmçinin hərbi texnikanın təqribən 70%-i "Fort Hood"dan Polşaya gətirilib ki, bu da qüvvələrin döyüş hazırlığının təmin edilməsində əsas amil hesab olunur", - deyə paylaşımda qeyd olunub.

O bildirib ki, qurumun qiymətləndirmələrinə əsasən, rotasiya qrafiklərindəki yeniliklər ABŞ-nin 2-ci Süvari Alayını Almaniyanın Filsekk şəhərindən çıxarmaq niyyəti ilə əlaqədardır.

Qrodetskinin sözlərinə görə, bu bölmənin daha əvvəl Polşaya göndərilməsi planlaşdırılan Amerika zirehli tank briqadasını əvəz etmək üçün yönləndirilməsi mümkündür.

Chosen
80
3
moderator.az

10Sources