EN

QAİ-da Vedi rayon icmasının qadınlarının görüşü keçirildi - FOTOLAR

16 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Vedi Rayon İcmasının xanımlarının görüşü keçirilib.


Manset.az xəbər verir ki, tədbiri Qadınlar Şurasının sədr müavini, əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan. əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı açıq elan edərək görüş iştirakçılarını salamlayıb. Daha sonra söz Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızına verilib.

Çıxış edənlərin hər biri Qayıdış və Qərbi Azərbaycan İcmasının yaradılması ideyasının  müəllifi  möhtərəm Prezidentimizə minnətdarlıq bildirməklə, bu ideyanın milli həmrəyliyin əsas təməl istiqamətlərindən biri olduğunu vurğulayıblar. Çıxış edən xanımlar illər keçsə də doğma yurd həsrətinin unudulmadığını və doğma yurdlarına dönəcəklərinə əmin olduqlarını bildiriblər. Qərbi Azərbaycan İcmasının  rəhbərliyi ilə bütün rayonlar üzrə İcmanın nümayəndəliyinin yaradılmasını, bu nümayəndəliklərdə gənclər və qadınlar üzrə kordinasiyanın olmasını təqdirəlayiq olduğunu qeyd ediblər.  Vurğulanıb ki, bu cür görüşlər Vətənə bağlılığın daha da güclənməsinə, milli yaddaşın yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Görüşdə müxtəlif deportasiya mərhələləri nəticəsində respublikanın bir çox bölgələrində, eləcə də Bakıda məskunlaşmış Qərbi Azərbaycanın Vedi rayonundan olan ziyalı xanımlar və İcma Aparatının əməkdaşları iştirak ediblər.

Tədbirdə iştirakçılar arasında ilkin tanışlıq aparılıb, doğma yurdla bağlı xatirələr bölüşülüb. Tədbirə əslən Vedibasardan olan və hazırda  Avstriya Vyana Dövlət Universitetinin Hüquq Fakültəsi nəzdində Əmək və Avropa Hüququ İnstitutunda çalışan,  dosent doktor, əslən Vedi rayonunun Avşar kəndindən olan Yeganə Məsimova da onlayn şəkildə qoşulub. O, həmyerliləri ilə tanış olmaqdan məmnunluğunu ifadə edərək, harada olmağından asılı olmayaraq, Qərbi Azərbaycan həqiqətlərini təbliğ etdiyini vurğulayıb, qayıdış hüquqlarımızın bərpası yolunda mübarəzədə birliyə çağırıb. 

Görüşün ikinci hissəsində təşkilati məsələlər müzakirə olunub, növbəti görüşün vaxtı müəyyənləşdirilib.

Chosen
29
manset.az

1Sources