EN

Ousman Bojanq: Bakı şəhərsalma sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunədir

Qambiyanın Qərb sahili regionunun qubernatoru Ousman Bojanq Azərbaycanın paytaxtı Bakıda gördüklərindən çox təsirləndiyini vurğulayaraq, şəhərin inkişaf səviyyəsini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, o, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a müsahibəsində bildirib.
 

“Bakıda şəhər infrastrukturunun inkişafı, şəhərin təmiz saxlanılması və xidmətlərin əlçatanlığı çox yüksək səviyyədədir. Mən dünyanın bir çox ölkələrində olmuşam və deyə bilərəm ki, burada gördüklərimiz inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir”, – deyə Ousman Bojanq diqqətə çatdırıb.


Qambiya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarına da toxunan Ousman Bojanq xüsusilə infrastruktur və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bizim.Media

Chosen
14
3
bizim.media

4Sources