EN

Mənzil məsələsi dayanıqlı inkişafın əsas mövzusudur - Anar Quliyev

Mənzil məsələsi dayanıqlı inkişafın əsas mövzusudur.

Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

"Mənzil təkcə sosial məsələ deyil. Bu, iqtisadi məsələdir, iqlim məsələsidir, inkişaf məsələsidir və nəticə etibarilə insan ləyaqəti məsələsidir", - deyə o bildirib.

Anar Quliyev vurğulayıb ki, mənzil birbaşa təhsilə, səhiyyəyə və məşğulluq imkanlarına çıxışa təsir göstərir.

Onun sözlərinə görə, şəhər əhalisinin artımı, iqlim riskləri və əlçatan mənzilin çatışmazlığı şəraitində infrastruktur, nəqliyyat, ekologiya və sosial həmrəyliyi birləşdirən kompleks həllərə ehtiyac var.

Chosen
26
day.az

1Sources