EN

Növbəti buraxılış imtahanları keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən və ya tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb.

Chosen
32
11
publika.az

10Sources