EN

Zelenski qisas sözü verdi - 500-dən çox dronla Moskvaya hücum edildi...



Ukrayna Prezidenti Zelenskinin ötən cümə günü verdiyi "böyük qisas" əməliyyatını gecə yarısında həyata keçirməyə başlayıb.

Kiyev hökuməti müharibənin başlanğıcından bəri Rusiya ərazisinə qarşı ən böyük dron əməliyyatlarından birini həyata keçirib. Ukrayna ən azı 556 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyaya qarşı genişmiqyaslı hücuma alıb. Gecə boyu davam edən intensiv dron hücumu ölkənin bir çox yerində, xüsusən də paytaxt Moskvada hava hücumundan müdafiə sistemlərini aktivləşdirib. Rusiya Müdafiə Nazirliyi hava məkanına daxil olan 556 dronun hamısının vurulduğunu açıqlasa da, təyyarənin qalıqları və zərbələri mülki yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Moskva və ətraf əraziləri hədəf alan intensiv bombardman nəticəsində üç nəfərin öldüyü, on iki nəfərin isə yaralandığı bildirilir. Şəhər meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində Moskva hava məkanında 120-dən çox dronu zərərsizləşdirdiyini bildirib. Sobyanin əlavə edib ki, ərazidəki strateji əhəmiyyətli neft emalı zavoduna zərər dəyməyib, lakin vurulan dronlar nəticəsində bir neçə evə ciddi ziyan dəyib.

Tahir TAĞIYEV

Chosen
17
baki-xeber.com

1Sources