ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İsrail və ABŞ ilə qarşıdurmada qalib gələn tərəf kimi gələcək münaqişənin nizamlanması şərtlərini İran müəyyən edir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar səsləndirib və vurğulayıb ki, 10 bəndlik plan İslam Respublikası üçün "qırmızı xətt"dir.
"Şərtləri uğursuzluğa düçar olan, hədəflərinə çatmayan və yalnız dağıntılar törədən ölkənin hökuməti deyil, döyüş meydanında qələbə qazanan ölkə müəyyən edir. Buna görə də amerikalılar bizim şərtlərimizi qəbul etməlidirlər", — deyə o, "Mehr" agentliyinə müsahibəsində bildirib. Cokar əlavə edib ki, İranın 10 bəndlik şərtləri "istənilən danışıqlar üçün qırmızı xəttdir".
Parlament üzvü qeyd edib ki, İran "ABŞ-a heç vaxt etibar etməyib", onun ölkəsinin isə "daha da güclənməkdən" başqa yolu yoxdur. Bundan əlavə, o, Amerika hərbçilərini bölgəni tərk etməyə çağırıb.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.