EN

Tehran Ermənistanın "boss"u rolunda

Azərbaycan və Ermənistan ifaçıları bu dəfə “Eurovision-2026” nın finalınmda iştirak edə bilmədi. Ermənistan təmsilçisi Simon ikinci finalında səs toplaya bilmədi. Azərbaycanı təmsilçisi JIVA "Just Go" mahnısını ilə rəğbət qazana bilmədi və o da finaldan kənarda qaldı. Xatırladaq ki, ikinci yarımfinalda finalçıları tamaşaçıların səsverməsi ilə müəyyən edilirdi.


Musavat.com yekramos.org saytına istinadən xəbər verir ki, İsrailin ictimai televiziya kanalı- Kan 11 “Eurovision 2026” musiqi müsabiqəsinin ikinci yarımfinalının yayımı zamanı texniki səbəblərdən Ermənistan və Azərbaycan iştiurakçılarının eyni bayraqda - Azərbaycan bayrağı altında təqdim edib.

Sırf kanalın texniki işçilərinin diqqətsizliyindən baş vermiş bu xırda yanlışığa isə nə qədər qəribə səslənsə də, İranın Ermənistandakı səfirliyi dərhal reaksiya verib. Sanki Tehran özünü Ermənistanın "boss"u hesab edir, onun xətrinə dəyə biləcək hadisələrə dərhal reaksiya verməyə "özünə borc bilir".

Səfirlik sosial media hesabından Ermənistan bayrağını yayımlayaraq belə reaksiya verib. “Heç bir başqa bayraq Ermənistanın gözəl bayrağını əvəz edə bilməz. Ermənistan tarixi və mədəni bir millətdir və İran həmişə onu dəstəkləyib", - deyə İran səfirliyinin açıqlamasında bildirilir.

Aydındır ki, baş vermiş xırda texniki səhvə Ermınistan Xarici İşlər Nazirliyi səviyyəsində heç bir münasibət bildirilməyə lüzum görməyib, İran səfirliyi isə əksinə...

Ermənistan iştirakçısının Azərbaycan bayrağı altında təqdim olunması sırf texniki nasazlıq olsa da, regionun həssas siyasi fonunda bu, dərhal simvolik məsələyə çevrildi. Daha maraqlısı isə İranın Ermənistandakı səfirliyinin “operativ reaksiyasıdır”. Bu, bir tərəfdən diplomatik jest, digər tərəfdən isə İranın regiondakı siyasi çəkisini nümayiş etdirmək cəhdi kimi görünür.

Sonda qeyd edək ki, Azərbaycan "Eurovision 2026" finalındakı səsvermədə iştirak edib.

Peşəkar münsiflər heyətinin səsləri aşağıdakı kimi bölüşdürülüb:

12 bal - İtaliya
10 bal - Ukrayna
8 bal - Serbiya
7 bal - Xorvatiya
6 bal - Albaniya
5 bal - Bolqarıstan
4 bal - İsrail
3 bal - Rumıniya
2 bal - Malta
1 bal - Çexiya

Musavat.com

Chosen
22
musavat.com

1Sources