EN

Əlçatan mənzil hər kəsin hüququdur BMT rəsmisi

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mənzil hüququ və əlçatan mənzil anlayışlarının insanlar və cəmiyyət daxilində necə qəbul olunduğu ilə bağlı zəruri dəyişiklikləri həyata keçirməliyik. 

Modern.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma proqramının təmsilçisi Raina Hedeya Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyasının açılış sessiyasında deyib.

O xüsusilə vurğulayıb ki, əsaslı təşəbbüslər yalnız maraqlı tərəf deyil, həm də şəhər transformasiyasını irəli aparan siyasi aktorlar və hüquq sahibləridir. 

“Onlar mənzil ədalətinin təşviqində, məcburi köçürülmələrə qarşı mübarizədə, icmaların təşkilatlanmasında, sistemli islahatların müdafiəsində və icma əsaslı innovativ mənzil həllərinin hazırlanmasında lider rolunu oynayırlar.

Mən bir daha qeyd etmək istəyirəm ki, məcburi köçürülmələrin qarşısını almaq mümkündür və şəhər inkişafı insanların ləyaqəti, yaşayış təhlükəsizliyi və insan hüquqları hesabına həyata keçirilə bilməz. Bununla yanaşı, diqqət çəkən digər mühüm məsələ də odur ki, əsaslı təşəbbüslər və vətəndaş cəmiyyəti təşkilatları bildirirlər ki, ödənişsiz və ya aşağı ödənişli ictimai əmək getdikcə mənzil təminatı və xidmətlərin göstərilməsindəki struktur problemlərin kompensasiyası üçün istifadə olunur”.

O eyni zamanda əlçatan və sosial mənzil sahəsinə daha güclü dövlət investisiyalarının yatırılmasının, torpaq və xidmətlərə bərabər çıxışın təmin edilməsinin, insanları köçürülmə və kənarlaşdırmadan qoruyan tənzimləyici çərçivələrin formalaşdırılmasının, həmçinin bərabərsizlik və həssaslıq problemlərini aradan qaldıran inklüziv iqtisadi və şəhər siyasətlərinin vacibliyinə də diqqət çəkib:

“Burada qeyd etmək istərdim ki, bütün bu narrativ və müzakirələr BMT Habitatın 2026–2029-cu illəri əhatə edən yeni strateji planının əsas mahiyyəti ilə sıx bağlıdır. Strateji planla tanış olanlar bilirlər ki, onun mərkəzində beş əsas istiqamət dayanır. Bunlardan birincisi adekvat mənzil, torpaq və şəhər xidmətləridir. İkincisi iştirakçılıq əsaslı idarəetmə, üçüncüsü inteqrasiya olunmuş şəhər transformasiyası, dördüncüsü tərəfdaşlıqlar və koalisiyalar, beşincisi isə inklüziv maraqlı tərəf iştirakıdır”.

R.Hedeya onu da bildirib ki, bütün bunlar hüquq əsaslı, icma yönümlü və inklüziv yanaşmaların mənzil və şəhər inkişafında əsas prinsip kimi qəbul edilməsinin vacibliyini bir daha ön plana çıxarır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
modern.az

1Sources