EN

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq Azərbaycanın əksər rayonlarında, həmçinin Bakı və Abşeron yarımadasında intensiv yağışlar yağır.

Bəzi rayonlara hətta may ayında qar yağıb.

Milli Hidrometeorologiya Xidməti bir neçə gün əvvəl xəbərdarlıq yayaraq ölkə ərazisində intensiv yağışların yağacağını, dolu düşəcəyini və hətta yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalınn olduğunu bildirmişdi.

Xidmətin məlumatında qeyd olunur ki, dünəndən bəri düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Son vaxtlar normadan artıq yağışların olması nə ilə bağlıdır?

Chosen
58
publika.az

1Sources