EN

Rumıniya rəsmisi: Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir

Bakı, 17 may, AZƏRTAC

Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Rumıniyanın İnkişaf, İctimai İşlər və İdarəetmə Nazirliyinin nümayəndəsi Marin Tole deyib.

O qeyd edib ki, əhali üçün mənzilə çıxış imkanları və dayanıqlı yaşayış şəraitindən faydalanmaq asan deyil. Onun sözlərinə görə, ölkələr arasında təcrübə mübadiləsi və uğurlu nümunələrin paylaşılması vacibdir, çünki şəhərlərin üzləşdiyi problemlər çox sürətlə dəyişir.

Marin Tole vurğulayıb ki, sıx beynəlxalq əməkdaşlıq bu çağırışların öhdəsindən gəlməkdə mühüm rol oynaya bilər.

Müxbir: Vüsalə Səfərova, Fidan Əlizadə
Foto: Elşad Mirzə
Chosen
27
1
azertag.az

2Sources