Ukraynanın “uzaqmənzilli sanksiyaları” Moskva regionuna çatıb və ruslara onların dövlətinin müharibəni dayandırmalı olduğunu açıq şəkildə göstərib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında paylaşım edib. O bildirib ki, bunlar “Rusiyanın müharibəni uzatmasına və şəhərlərimizə, əyalətlərimizə endirdiyi zərbələrə tamamilə ədalətli cavabdır”.
“Bu dəfə Ukraynanın uzaqmənzilli sanksiyaları Moskva regionuna çatdı və biz ruslara açıq şəkildə deyirik: onların dövləti öz müharibəsini dayandırmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.