Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ankara, 17 may, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi mayın 17-də “EFES-2026” çoxmillətli təlimi çərçivəsində düşmən gəmisinin ələ keçirilməsi əməliyyatının videomaterialını paylaşıb.
AZƏRTAC xəbər verir ki, təlim ssenarisi Türkiyə, Azərbaycan, Liviya və Macarıstandan olan şəxsi heyətdən ibarət dəniz xüsusi təyinatlı qüvvələrinin simulyasiya edilmiş düşmənə yardım aparan gəmiyə eniş etməsini əhatə edirdi.
Təlim düşmən gəmisinin aşkarlanması, dayandırılması, yoxlanılması və ələ keçirilməsi məşqlərini əhatə edirdi.
“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktik bacarıqlarını təkmilləşdirməkdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.