EN

WUF13 iştirakçıları WUF14-ə dəvət olunublar

"Qlobal şəhər gələcəyi ya yerli hökumətlər tərəfindən formalaşdırılmış həllərlə qurulacaq, ya da ümumiyyətlə qurulmayacaq".

Yenilik.az xəbər verir ki, bu fikirləri 2028-ci ildə Meksikada keçiriləcək WUF14-ün prezidenti, Mexiko şəhərinin meri Klara Bruqada Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hökumətlərin Ümumdünya Assambleyasında deyib.
O bildirib ki, WUF13 çərçivəsində yerli hökumətlərin qəbul etdiyi qərarlar dünyanın hələ tam olaraq dərk etdiyindən qat-qat daha böyük əhəmiyyət daşıyır:
"Dövrümüzün böhranları nə sərhəd, nə də miqyas tanıyır. İqlim böhranı, mənzil problemi, bərabərsizlik və müxtəlif zorakılıq formaları həm şəhər, həm də kənd ərazilərinə təsir göstərir. Şəhərlər və yerli hökumətlər tarixin əsas iştirakçılarıdır. Əlimizdə olan resurslarla insanların ehtiyaclarına cavab verməyə çalışırıq".
Mer WUF13 iştirakçılarını WUF14ə dəvət edib:
"Qapılarımız hər birinizin üzünə açıqdır. Gəlin şəhərlərimizlə bağlı problemləri birlikdə müzakirə edək. Siz Mexikonun təcrübəsini də görə bilərsiniz".
Chosen
23
2
yenilik.az

3Sources