ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyədə bir çiy köftəçidə təşkil olunan yemək yarışı maraqlı anlarla yadda qalıb.
Milli.Az xəbər verir ki, yarışmada iştirak edən bir vətəndaş qısa müddətdə 3,5 kiloqram çiy köftə yeyərək hər kəsi təəccübləndirib.
Müsabiqənin qalibi olan iştirakçı göstərdiyi performans sayəsində 100 min TL (3.742,95) pul mükafatının sahibi olub. Yarış zamanı iştirakçılar zamana qarşı mübarizə apararkən, əraziyə toplaşan insanlar da maraqla prosesi izləyiblər.
Rəngarəng və əyləncəli görüntülərlə yadda qalan yarış mobil telefon kameraları ilə lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük maraq doğurub.
İzləyicilər xüsusilə qalib iştirakçının sürəti və performansı ilə bağlı çoxsaylı rəylər yazıblar. Yarış həm maraqlı anları, həm də qeyri-adi nəticəsi ilə gündəm olub.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.