EN

UN Habitat rəsmisi: Gənclər şəhərsalma siyasətinin formalaşdırılmasında real təsir gücünə malik olmalıdır

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın müxtəlif regionlarında gənclər münasib qiymətli mənzilə çıxış, təhlükəsiz ictimai məkanların yaradılması, iqlim riskləri və qərar qəbuletmə proseslərində iştirakla bağlı oxşar problemləri gündəmə gətirirlər.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasında çıxış edən UN-Habitatın Regional Proqramlar Bölməsinin direktoru Patrik Canagasingham bildirib.

Onun sözlərinə görə, UN-Habitat forum ərəfəsində Asiya-Sakit okean, Afrika, ərəb ölkələri və digər regionlarda gənclərlə məsləhətləşmələr aparıb.

Patrik Canagasingham qeyd edib ki, bütün regionlarda gənclər eyni problemləri önə çıxarsalar da, eyni zamanda konkret həll yolları da təklif ediblər.

“Biz məsləhətləşmədən koalisiya quruculuğuna, pilot layihələrdən siyasətə təsir edən təşəbbüslərə və formal iştirakdan inklüziv idarəetməyə keçməliyik”, – deyə o vurğulayıb.

UN-Habitat rəsmisinin sözlərinə görə, gənclər artıq təkcə problemləri səsləndirmir, həm də məlumat toplayır, həll yolları hazırlayır və yaşadıqları məhəllələrin transformasiyasına rəhbərlik edirlər.

O əlavə edib ki, şəhərlərin dayanıqlı inkişafı üçün gənclərin qərarların qəbulunda mənalı və institusional iştirakının təmin olunması vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
apa.az

2Sources