EN

Bu məşhur şəhərin küçə süpürgəçiləri modellərdən GÖZƏLDİR VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyanın Barselona şəhərində çalışan küçə süpürgəçiləri sosial şəbəkələrdə gündəmə çevriliblər.

Milli.Az xəbər verir ki, onların xarici görünüşü və özünəinamlı tərzləri dünya mediasında və internet istifadəçiləri arasında geniş maraq doğurub.

Paylaşılan görüntülərdə şəhərin küçələrini təmizləyən xanım işçilərin diqqətçəkən görünüşü izləyicilərin marağına səbəb olub. Bir çox istifadəçi onların modellərə bənzədiyini yazaraq videoları geniş şəkildə paylaşıb.

Müzakirələr zamanı bildirilib ki, Barselona şəhərində küçə təmizliyi sahəsində çalışmaq nüfuzlu peşələrdən biri hesab olunur. İddialara görə, bu sahədə çalışan şəxslər yüksək əməkhaqqı və sosial təminat əldə etdikləri üçün işə maraq böyükdür.

Sosial media istifadəçiləri xüsusilə xanımların özünəinamlı davranışlarını və işlərini rahat şəkildə yerinə yetirmələrini təqdir ediblər. Bəzi izləyicilər isə "gözəllik və zəhmət bir arada" kimi şərhlərlə mövzuya münasibət bildiriblər.

Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılaraq geniş müzakirələrə səbəb olub.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
2
news.milli.az

3Sources