EN

Somali rəsmisi: "Azərbaycan dayanıqlı şəhər inkişafında nümunədir"

Somali Azərbaycan hökumətinin dayanıqlı şəhərsalma sahəsindəki liderliyini yüksək qiymətləndirir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Somalinin ictimai işlər, bərpa və mənzil təsərrüfatı naziri Ayub İsmail Yusuf Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilmiş "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" adlı panel müzakirəsində bildirib.

"Bakıdakı sammit beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı inkişaf sahəsində dialoqun təşviqi üçün mühüm platformadır. Azərbaycanın mənzillə təminat, dayanıqlı şəhər inkişafı və inklüziv siyasətin həyata keçirilməsi istiqamətindəki fəaliyyəti bir çox ölkələr üçün nümunədir", - nazir vurğulayıb.

Chosen
16
1
far.az

2Sources