EN

Eritreya səfiri: Şəhərlər və kəndlər birlikdə inkişaf etməlidir

BAKI, 17 may. TELEQRAF

Şəhərlər və kəndlər bir-birinin hesabına deyil, birlikdə inkişaf etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Eritreya Dövlətinin Keniyadakı səfiri Beyene Russom Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışında qeyd olunub.

O qeyd edib ki, Afrikada şəhərləşmə prosesi sürətlə artır:

“Əgər diqqətimizi yalnız paytaxtlara yönəldib şəhərləri, kəndləri və kənd təsərrüfatı icmalarını diqqətdən kənarda saxlayarıqsa, bərabərsizlik, miqrasiya və marginallaşma riskini artırmış olarıq. Qısa desək, əhalinin böyük hissəsi üçün yaşana bilən evlər deyil, qeyri-formal məskənlər və gecəqondular yaranar.

Eritreyanın yanaşması inteqrasiya olunmuş şəhər–kənd inkişafına əsaslanır. Bu yanaşma insanları yollar, enerji və su sistemləri vasitəsilə birləşdirir, xidmətləri ikinci dərəcəli şəhərlərə və kənd ərazilərinə yayır, istehsalı isə kooperativlər, aqro-emal və istehsal müəssisələri vasitəsilə bazarlara bağlayır.

Bu baxımdan biz Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma proseslərini müsbət nümunə kimi alqışlayırıq. Eritreya da oxşar təcrübəyə malikdir — biz şəhərlərin və xidmətlərin, o cümlədən kənd və kənd təsərrüfatı bölgələrində yenidən qurulmasını həyata keçirmişik. Buradan çıxarılan dərs aydındır: uğurlu bərpa şəhərlər ilə kənd icmaları arasındakı əlaqəni yenidən qurur”.

Chosen
22
1
teleqraf.com

2Sources