EN

WUF13 çərçivəsində Kütləvi və Vətəndaş Cəmiyyəti Təşkilatları Assambleyasının yekun iclası başlayıb

Bakı, 17 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Kütləvi və Vətəndaş Cəmiyyəti Təşkilatları Assambleyasının yekun iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda dayanıqlı şəhərsalma, inklüziv urbanizasiya, iqlim dəyişikliklərinə davamlı şəhərlərin formalaşdırılması və vətəndaş cəmiyyətinin qərarqəbuletmə prosesində rolunun artırılması məsələləri müzakirə olunur.

Sessiya çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələr şəhərlərin gələcək inkişafı, sosial bərabərlik, əlçatan mənzil siyasəti və icmaların şəhər idarəçiliyində iştirakının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşürlər.

Foto: İlkin Cavanşirov
Operator: Ceyhun Mustafayev
Chosen
56
1
azertag.az

5Sources