EN

Nazir müavini: Türkiyə Qarabağ layihələrində Azərbaycanla təcrübə mübadiləsi aparır

BAKI, 17 may. TELEQRAF

Azərbaycan hökuməti artıq Qarabağda layihələr həyata keçirib. Biz Azərbaycanla daha çox təcrübə və məlumat mübadiləsi aparırıq.

Bu barədə Teleqraf-a açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.

O, Prezident İlham Əliyevin bölgədə çox ciddi layihələr həyata keçirdiyini xatırladıb:

“Əvvəllər bu torpaqlarda yaşamış azərbaycanlılar da artıq Qarabağa qayıdırlar. Hazırda Qarabağda yeni əməkdaşlıqlarla bağlı birbaşa tələb yoxdur, amma daim əlaqədəyik. Bölgədə infrastruktur, yollar, nəqliyyat, hava limanları kimi layihələrdə Türkiyə artıq iştirak edib. Gələcəkdə də imkan yaranarsa, əməkdaşlıq davam edəcək. Çünki Türkiyə ilə Azərbaycanın arasında fərq yoxdur”.

Chosen
43
teleqraf.com

1Sources