EN

Qazdaşıyan sistern belə partladı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Rusiyanın Stavropol diyarında güclü partlayış baş verib.

Avtosfer.az xəbər verir ki, Pyatiqorsk şəhərində qazdaşıyan sistern boşaldılma zamanı partlayıb.

Qazdoldurma məntəqəsində min kvadratmetr əraziyə yayılan yanğının söndürülməsinə 45 nəfər şəxsi heyət və 15 texnika cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 6 nəfərin dördü hələ də xəstəxanadadır.

Hadisə yerinə gələn qubernator bildirib ki, partlayışa səbəb dron hücumu deyil, təhlükəsizlik qaydalarının pozulmasıdır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
avtosfer.az

1Sources