Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Heç vaxt ümüdünü üzmə həyatdan,
Yaradan qorusun,səni bu oddan.
Çıxartmasın səni,heç vaxtı yaddan.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
Eşitdim sözünü,ağladı gözüm.
Qırıldı taqətim,tutuldu üzüm.
İstədim,səhrada dəli tək gəzim.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
Dərdinin dərmanın yaradan versin.
Əlini uzadıb dərdini dərsin.
Dərdi səndən alıb,çöllərə sərsin.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
Hər an yalvarıram,ömür yazana,
Yaradan qıymasın,belə insana.
Qıymasın,ürəyi yana-usana.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
İstərəm sirrini mənlə böləsən,
Mənimlə danışıb,mənlə güləsən,
Mən sənin dostunam,deyim biləsən.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
Qəlbinə dəydimsə,bağışla məni.
Yaradan qorusun hər zaman səni.
Götürsün canından dumanı-çəni.
Allahım dərdini bilsin istərəm,
Həyatın üzünə gülsün istərəm.
******
İnanki,möcüzə baş verəcəkdi,
Tezliklə müjdəli gün gələcəkdi.
Sən sağlam olassan,qəlb güləcəkdi.
Deyəcəm,dərdini bildi Allahım,
Deyəcəm,axır ki,yox oldu ahım.
******
Mən bu şeiri çox istəkli bir dostuma həsr eləmişəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.