EN

Vera Bukaci mənzil məsələsi və Bakının gözəlliyi haqqında danışıb

Vera
“Fikrimcə, əsas fərqlərdən biri mənzil məsələsinə göstərilən xüsusi diqqətdir”. Bunu 1news.az-a Nayrobidən (Kenya) olan qeyri-kommersiya təşkilatının nümayəndəsi Vera Bukaci bildirib.
“Biz Keniya və ABŞ-da qeyri-formal yaşayış məntəqələrinin abadlaşdırılması ilə məşğuluq. Fəaliyyətimizin böyük hissəsi məhəllələrin və digər ictimai infrastruktur obyektlərinin yaxşılaşdırılmasına yönəlib. Buna görə də mənzil məsələsinə dair müzakirələri harmonik şəkildə tamamlayan proqramı görmək çox xoşdur.

Mən Bakıya çərşənbə günü gəlmişəm və bu, çox gözəl şəhərdir. Burada vaxtımı çox yaxşı keçirirəm və həftənin qalan hissəsini səbirsizliklə gözləyirəm. Hətta bu gün yağış yağsa da, şəhər yağışlı havada da gözəlliyini qoruyur. Burada keçirəcəyim qalan günləri həqiqətən səbirsizliklə gözləyirəm”.

Chosen
42
1news.az

1Sources