EN

“Bizim evlərimiz, bizim gələcəyimiz: WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 17 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bizim evlərimiz, bizim gələcəyimiz: uşaqlara yönəlmiş həllər və yaşanıla bilən şəhərlər üçün gənclərin təşəbbüsləri” mövzusunda Uşaq və Gənclər Assambleyası keçirilib .

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri, gənclər təşkilatlarının təmsilçiləri, şəhərsalma üzrə ekspertlər və müxtəlif ölkələrdən gələn gənclər iştirak ediblər.

Assambleyada uşaqlar və gənclər üçün təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitinin formalaşdırılması, urbanizasiya prosesində gənclərin iştirakının artırılması, iqlim dəyişikliklərinin şəhər həyatına təsiri və sosial inklüzivlik məsələləri müzakirə olunub.

Müxtəlif ölkələrdən olan iştirakçılar urban çağırışlarla bağlı təcrübə mübadiləsi aparıb, həll yolları üzrə ortaq təşəbbüslər və əməkdaşlıq imkanlarını müzakirə edilib.

Tədbirin əsas məqsədi uşaqların və gənclərin şəhərsalma siyasətinin formalaşdırılmasında iştirakını təşviq etmək, onların ideya və təşəbbüslərini qlobal urban gündəliyinin mühüm hissəsinə çevirməkdir.

Müxbirlər - Səbinə Əlizadə, Günel TÜRKSOY

Operator: Ələkbər Baxşıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
1
azertag.az

2Sources