EN

Səudiyyə Ərəbistanı nümayəndəsi: WUF13 ekspertlərə faydalı təklifləri irəli sürmək imkanını yaradır

Bakı, 17 may, AZƏRTAC

Biz sürətlə dəyişən dünyada yaşayırıq. Qeyd etməliyəm ki, şəhərlər və ölkələr ciddi çağırışlarla üzləşir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Səudiyyə Ərəbistan nümayəndəsi Bader Şarif deyib.

O qeyd edib ki, bu çağırışlara ekologiya, bağlılıq, və büdcə problemləri daxildir.

“WUF13 ekspertləri bir araya gətirərək, onlara faydalı təklifləri irəli sürmək imkanı yaradaraq mühüm platformaya çevirilib”,- deyə o bildirib.

Operator: İlham Nadirov

 

Chosen
31
2
azertag.az

3Sources