EN

ABŞ Tehranla danışıqlar üçün - - 5 şərt irəli sürdü

ABŞ Tehranla danışıqlar üçün 5 əsas şərt irəli sürüb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun irəli sürdüyü şərtlər arasında ABŞ tərəfindən heç bir kompensasiyanın ödənilməməsi, İranın əlində olan 400 kiloqram zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsi və ölkənin nüvə obyektlərindən biri istisna olmaqla, digər bütün nüvə fəaliyyətlərinin dayandırılması yer alır.

Bundan əlavə, ABŞ-nin İranın dondurulmuş aktivlərinin azad edilməsini və danışıqların başlaması üçün bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb etdiyi bildirilir.

Məlumata əsasən, Tehran da öz növbəsində danışıqlar üçün bir sıra şərtlər irəli sürüb. İran tərəfi Livan da daxil olmaqla, regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi, müharibə təzminatının ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını tələb edir.

Chosen
41
news365.az

1Sources