EN

WUF13-ün kanadalı iştirakçısı: İcmaların səslərinin eşidilməsinə şərait yaratmalıyıq

Bakı, 17 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində iştirak etdiyimiz tədbirdə icma əsaslı yanaşmaları və mənzil təminatının yaxşılaşdırılması ilə bağlı maliyyələşdirmənin tənzimlənməsinə dair müzakirələr apardıq.

Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Kanadanın Sərhədsiz Memarlar Təşkilatının icraçı direktoru Bruno Demers bildirib.

"Müxtəlif ölkələr fərqli yanaşmalarını təqdim etdilər. Bəzi şəhərlərdə insanlar qeyri-rəsmi yaşayış yerlərində layiq olmayan şəraitdə yaşayırlar. Buna görə də biz icmaların səslərinin eşidilməsinə şərait yaratmalı və onların bu sahədə maariflənməsinə dəstək olmalıyıq", - deyə o qeyd edib.

 

Chosen
32
azertag.az

1Sources