EN

Mundialdan kənarda qalan Kamavinqa "Real Madrid"dən ayrılmaq istəyir

Fransa millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasında çətin günlər keçirir.

Fanat.Az xəbər verir ki, gənc ulduz Fransanın Dünya Çempionatı üçün hazırlanan rəsmi heyətindən kənarda qaldıqdan sonra gələcəyini ciddi şəkildə sorğulamağa başlayıb.

Bu gözlənilməz qərardan ciddi sarsıntı keçirən 23 yaşlı futbolçunun yay aylarında İspaniyanı tərk etmək üçün rəhbərliyə təzyiq göstərəcəyi iddia olunur. Yaranmış vəziyyəti yaxından izləyən Londonun "Tottenhem" klubu fransalı yarımmüdafiəçini heyətinə qatmaq üçün dərhal hərəkətə keçib.

Madrid təmsilçisi oyunçunu asanlıqla buraxmaq niyyətində olmasa da, yüksək maliyyə təklifi və futbolçunun israrı keçidi reallaşdıra bilər.

Chosen
13
fanat.az

1Sources