EN

BƏƏ hava məkanını pozan 3 PUA-ya müdaxilə etdi

BƏƏ hava məkanını pozan 3 PUA-ya müdaxilə etdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ölkəyə qərb sərhədindən daxil olan 3 pilotsuz uçuş aparatına (PUA) müdaxilə etdiyini bildirib.

AFN.az xəbər verir ki, nazirliyin sosial media hesabından verilən açıqlamaya görə, əməliyyat nəticəsində PUA-lardan 2-si uğurla zərərsizləşdirilib, üçüncüsü isə Əz-Zəfra bölgəsindəki "Barakah" Atom Elektrik Stansiyasının şəhərciyindən kənarda yerləşən elektrik generatoruna düşüb.

Hücumların mənbəyini müəyyənləşdirmək məqsədilə araşdırmaların davam etdiyi və proses yekunlaşdıqdan sonra yeniliklərin ictimaiyyətlə paylaşılacağı qeyd olunub.

Hər cür təhdidlə mübarizə aparmaq və dövlətin təhlükəsizliyini sarsıtmağa yönəlmiş cəhdlərin qarşısını almaq üçün tam hazırlıq və sayıqlıq vəziyyətində olduqlarını vurğulayan nazirlik ölkənin suverenliyi, təhlükəsizliyi, sabitliyi və milli maraqlarının qorunacağını bəyan edib.

BƏƏ-nin Əbu-Dabi Əmirliyinə bağlı Əz-Zəfra bölgəsindəki "Barakah" Atom Elektrik Stansiyasının xarici hissəsində PUA hücumu nəticəsində yanğın baş verdiyi bildirilmişdi.

Əbu-Dabi Mətbuat Ofisindən məsələ ilə bağlı verilən məlumatda qeyd olunub ki, hadisə yerinə gələn qruplar stansiyanın daxili təhlükəsizlik perimetrindən kənarda yerləşən elektrik generatorunda qeydə alınan yanğına dərhal müdaxilə ediblər.

Chosen
46
16
afn.az

10Sources