EN

Esvatini Krallığının nümayəndəsi: WUF13 yerli idarəetməni inkişaf etdirməyə imkan verir VİDEO

Bakı, 17 may, AZƏRTAC

Burada olduğumuz üçün xoşbəxtik. Bu forum xüsusilə ölkənin şəhər və kəndi eyni standartlara uyğunlaşdırmaq üçün islahat apardığı yerli idarəetməni inkişaf etdirməyə imkan verir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Esvatini Krallığının nümayəndəsi Dudu Ndzinisa deyib.

“Biz həm şəhərlərdə, həm də kənd yerlərində məskunlaşmanın beynəlxalq standartlara uyğun olmasını təmin etmək üçün Esvatini Krallığını necə inkişaf etdirə biləcəyimiz barədə digər ölkələrdən öyrənir və müqayisə aparırıq. İcmaların rifahını yaxşılaşdırmaq üçün milli büdcəmizdən resursların ayrılması baxımından konsensusun yaradılması, iştirakın və davamlı inkişafın təmin edilməsi üçün qeydlər aparacağıq”, - deyə D.Ndzinisa qeyd edib.

Müxbirlər - Samirə Quliyeva, Gülay Nəzərova
Fotoqraf - Azər İbrahimov
Video - Şövqi Əzizov
Chosen
2
3
azertag.az

4Sources