EN

Ermitajda silahlı təxribat: İmperator taxtına əyləşən şəxs yapon bıçağı çıxardı

Ermitajda silahlı təxribat: İmperator taxtına əyləşən şəxs yapon bıçağı çıxardı

Sankt-Peterburqun məşhur Ermitaj muzeyində növbəti pulsuz ziyarət günündə silahlı təxribat hadisəsi baş verib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bir kişi Georgi zalındakı qoruyucu kəndir çəpəri keçərək Böyük İmperator taxtına əyləşib.

Muzey nəzarətçisinin xəbərdarlığına aqressiv reaksiya verən şəxs hadisə yerinə çağırılan təhlükəsizlik əməkdaşlarına da müqavimət göstərib. Araşdırma zamanı məlum olub ki, cinayətkar ayaqqabısının içində "tanto" tipli (qısa samuray qılıncı üslubunda) kiçik yapon bıçağı gizlədibmiş.

Muzey rəhbərliyi hadisəni birbaşa silahlı təxribat kimi qiymətləndirib. Məlumata görə, həmin şəxs taxtda əyləşərək əlindəki vərəqlərdən ucadan hansısa mətn oxumağa başlayıb. Təhlükəsizlik protokollarına uyğun olaraq, dərhal digər ziyarətçilər zaldan təxliyə edilib və insident zamanı xəsarət alan olmayıb. Muzey mütəxəssisləri tarixi eksponatın və onun qarşısındakı oturacağın zərər görüb-görmədiyini müəyyən etmək üçün detallı ekspertiza aparacaqlar.

Chosen
24
afn.az

1Sources