EN

“Neftçi”nin 26 mümkün rəqibindən 11-i… - Onlar kimlərdir?

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasında mövsümün başa çatmasına bir tur qalmış “Neftçi” avrokuboklara vəsiqəni rəsmiləşdirib. Bakı təmsilçisi 2026/27 mövsümündə UEFA Konfrans Liqasında iştirak edəcək.

QOL.az haqqin.az saytına istinadən xəbər verir ki, “Neftçi” Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən başlayacaq. Bakı klubu 6.500 reytinq xalı ilə püşkatmada səpələnmişlər səbətində yer alacaq. Püşkatma iyunun 16-da keçiriləcək. 

26 potensial rəqibdən 11-i artıq məlumdur. Bunlar “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Yelimay” (Qazaxıstan), “Hegelmann” (Litva), “Penibont” (Uels), “NSİ Runavik” (Farer adaları), “Glentoran” (Şimali İrlandiya), “Marsaşlokk” (Malta), “Nomme Kalju” (Estoniya), “Karnarvon Taun”dır (Uels).

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Xatırladaq ki, bu turnirdə Azərbaycanı “Turan Tovuz” da təmsil edəcək. Bürünc medalçılar mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaqlar.

Chosen
27
2
teleqraf.com

3Sources