EN

​Başladığı işi yarımçıq qoyan

İnsanların başladığı işləri yarımçıq qoyması çox vaxt xarakter, motivasiya və diqqət fərqlərindən qaynaqlanır. Astrologiyada da bəzi bürclərin daha tez həvəs itirdiyi və yeni ideyalara yönəldiyi düşünülür. Bu bürclər adətən ilkin mərhələdə çox enerjili olur, amma davamlılıqda çətinlik çəkirlər. Ona görə də onların yarımçıq qalan işləri bəzən təəccüb doğurur və diqqət çəkir. Metbuat.az başladığı işi yarımçıq qoyan 4 bürcü təqdim edir: Əkizlər Əkizlər bürcü çox maraqlı və dəyişkən təbiəti ilə seçilir. Onlar eyni anda bir neçə işə başlasalar da, diqqətləri çox tez tez yayınır. Yeni ideyalar onları daha çox cəlb etdiyi üçün başladıqları işi yarımçıq qoya bilirlər. Buna baxmayaraq, onların yaradıcılığı və çevikliyi çox güclüdür.Oxatan Oxatanlar azadlığı sevdikləri üçün uzunmüddətli və monoton işlərdən tez bezirlər. Onlar böyük hədəflərlə başlayır, amma detallara gələndə çətinlik çəkirlər. Yeni macəralar və dəyişikliklər onları tez istiqamət dəyişməyə vadar edir. Buna görə də böyük həvəslə başladıqları bir çox bəzi layihələri yarımçıq qalır. Balıq Balıqlar emosional və xəyalpərəst olduqları üçün motivasiyaları tez dəyişə bilər. Onlar hisslərinə əsaslanaraq qərar verdikləri üçün davamlılıqda çətinlik çəkirlər. Reallıq ağırlaşanda geri çəkilmə ehtimalları artır. Bu da başladığı işlərin tamamlanmamasına səbəb ola bilər.Qoç bürcü

Qoç bürcü çox enerjili və impulsivdir, buna görə də tez başlayır, amma eyni sürətlə davam edə bilmir. Bir gün yorulurlar. Onlar nəticədən çox başlanğıc həyəcanına fokuslanırlar. Rəqabət və motivasiya azaldıqda maraqları da sönür. Bu səbəbdən bəzi işlər yarımçıq qalır, özləri isə etibardan düşürlər.

Chosen
72
metbuat.az

1Sources