Bakı, 18 may, AZƏRTAC
Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan Azərbaycan atıcısı İslam Əjdərov fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, o, U-18 yaşadək idmançıların yarışının yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Rəqibini üstələyən atıcı bürünc medal qazanıb.