EN

Alimlər zəlzələləri dayandırmağın yolunu tapdı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Alimlər okean dibində zəlzələlərin böyüməsinin qarşısını alan xüsusi mexanizm kəşf ediblər.Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.Araşdırma suyun altında yeraltı təkanları "tormozlayan" gizli zonaların olduğunu üzə çıxarıb. Alimlər bu bölgələrin varlığından xəbərdar olsalar da, onların necə işlədiyini indiyə qədər izah edə bilmirdilər.Tədqiqat çərçivəsində Sakit okeanda yerləşən Qofar fayı yaxından izlənilib. Müşahidələr göstərib ki, son 30 ildə bu ərazidə 6 ballıq zəlzələlər hər 5-6 ildən bir demək olar ki, eyni nöqtələrdə baş verir. Elm adamlarını maraqlandıran əsas məqam isə təkanların hər dəfə eyni sərhəddə dayanması olub.Okean dibinə yerləşdirilən xüsusi cihazlar vasitəsilə minlərlə kiçik sarsıntı analiz edilib. Məlum olub ki, zəlzələni dayandıran güc bərk qayalar deyil, fay xəttindəki xüsusi çatların quruluşudur. Belə ki, fay xətti müəyyən nöqtələrdə qollara ayrılaraq dəniz suyunu özünə çəkən məsaməli sistem yaradır. Güclü təkan zamanı həmin məsaməli qayalar qəfildən sıxılır və zəlzələnin irəliyə doğru yayılmasını mexaniki olaraq bloklayır. Tədqiqatçılar bu kəşfin gələcəkdə zəlzələlərin proqnozlaşdırılması və təhlükəli zonaların müəyyən edilməsi istiqamətində mühüm addım olduğunu bildirirlər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
3
demokrat.az

4Sources