EN

Sıradan çıxarılan İsrail tanklarının sayı açıqlandı

"Hizbullah" şiə hərəkatının silahlı dəstələri bir ay ərzində İsrail ordusunun 48 tankını sıradan çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatına istinadla TASS agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, "Hizbullah" döyüşçüləri aprelin 16-dan mayın 17-nə qədər olan müddətdə İsrailə qarşı 339 hərbi əməliyyat keçiriblər. Bu əməliyyatlar zamanı 15 komanda məntəqəsi, üç kazarma, iki hərbi baza, yeddi artilleriya mövqeyi və bir helikopter meydançası hücuma məruz qalıb. İdarəolunan raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə 48 tank, 18 zirehli transportyor və 12 yüksək keçidli avtomobil tamamilə və ya qismən sıradan çıxarılıb.

"Hizbullah" qarşı tərəfin canlı qüvvə itkisini təxminən 250 nəfər olaraq qiymətləndirib.

Chosen
118
publika.az

1Sources