EN

Kim Çen In Cənubi Koreya ilə sərhəddəki bölmələri gücləndirib

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə sərhəddə yerləşən ordunun ön birləşmələrinin, eləcə də digər əsas birləşmələrinin gücləndirilməsinin vacibliyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In bu açıqlamanı Koreya Xalq Ordusunun diviziya və briqada komandirləri ilə görüşdə verib. O, müharibənin qarşısının alınmasında ön cəbhə birləşmələrinin gücləndirilməsinin vacib amillərdən biri olmalı olduğunu vurğulayıb.

Şimali Koreya lideri həmçinin müasir müharibənin təbiətindəki dəyişikliklər və ölkənin hərbi potensialının inkişafı nəzərə alınmaqla qoşunların təlim sistemində düzəlişlər edilməsini və praktiki təlimlərin genişləndirilməsini əmr edib.

Kim Çen In qeyd edib ki, ordu bölmələri silah və hərbi texnikanın modernləşdirilməsinə uyğun olaraq əməliyyat yanaşmalarını yeniləməli və bu dəyişiklikləri döyüş hazırlığında tətbiq etməlidir.

Chosen
77
far.az

1Sources