EN

“Zirə” “Sumqayıt”ı məğlub etdi - FOTO/VİDEO

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Zirə” – “Sumqayıt” görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma “qartallar”ın 2:1 hesablı qləbəsi ilə yekunlaşıb.
 

Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunun 19-cu dəqiqəsində Ruan Renato penaltidən hesabı açıb. 45-ci dəqiqədə isə Aleksandr Ramalinqom bərabərlik qolunu vurub. 90+8-ci dəqiqədə isə Ruan Renato növbəti dəfə penalti zərbəsini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.


Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 54 xalla turnir cədvəlinin 5-ci, Saşa İliçin kollektivi isə 41 xalla 7-ci pillədə yer alıb.





Bizim.Media

Chosen
6
3
bizim.media

4Sources