EN

Çində güclü zəlzələ: Minlərlə insan təxliyə edildi

BAKI, 18 may. TELEQRAF

Çinin Quansi-Çjuan Muxtar Rayonunda baş verən zəlzələ səbəbindən 7 mindən çox insan təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Nanfang ribao” qəzeti məlumat yayıb.

Məlumata görə, 5,2 bal gücündə qeydə alınan zəlzələ nəticəsində üç nəfər itkin düşüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.

Təbii fəlakət zamanı azı 13 yaşayış evinə ciddi ziyan dəyib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Çin Seysmologiya İdarəsi zəlzələ ilə əlaqədar fövqəladə reaksiya səviyyəsini dörd pilləli sistem üzrə üçüncü mərhələyə qaldırıb.

Məlumata görə, zəlzələ mayın 18-nə keçən gecə Lyuçjou şəhər dairəsinin Lyunan rayonunda baş verib. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Lyuçjou şəhərində 4 milyondan çox insan yaşayır.

Chosen
63
4
teleqraf.com

10Sources