EN

Sahib İbrahimov həbsdə də islah olunmur

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov müəssisədə qalmaqal yaratması, məhkumlarla mübahisə etməsi və nəticədə müəssisə rejimini davamlı pozması səbəbindən “karsa” salınıb.

Bu barədə Gununsesi.info-ya sözügedən müəssisədə saxlanılan məhkumların yaxınları bildirib.

Məlumata görə,  Sahib İbrahimov sonuncu dəfə həmin cəzaçəkmə müəssisəsində saxlanılan  sabiq deputat,ekologiya məhbusu Nazim Bəydəmirliyə qarşı aqressiv hərəkətlər edib.

Ayrı-ayrı insanlara qarşı dələduzluq edən Sahib İbrahimovun həbsxanada islah olunmaması artıq Penitensiar Xidmətin rəhbərliyini də hərəkətə gətirib.

Belə ki, tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra daha orada saxlanmayacağı deyilir.

Qeyd edək ki, Sahib İbrahimov Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
2
icma.az

3Sources