EN

İran Səudiyyə Ərəbistanına PUA-larla hücum etdi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İran tərəfindən buraxıldığı bildirilən üç hücum PUA-sını ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra üç PUA ələ keçirilərək məhv edilib”, - açıqlamada deyilir.

Nazirliyin sözçüsü general-mayor Turki Al-Malikinin bildirdiyinə görə, PUA-ların İraq ərazisindən buraxıldığı ehtimal olunur.

Chosen
22
3
publika.az

8Sources