EN

Konqoda Ebola epidemiyası nəticəsində 80-dən çox insan ölüb

Konqoda

Konqo Demokratik Respublikasının şimal-şərqindəki İturi əyalətində Ebola virusunun yayılması nəticəsində 80-dən çox insan ölüb.

Bu barədə Okapi radiosu yerli mənbələrə istinadən məlumat verib.

"İturi əyalətindəki Bunia və Monqvalu arasındakı ərazidə Ebola virusu barədə məlumatsızlıq səbəbilə artıq 80-dən çox insan ölüb", - məlumatda deyilir.

Ölüm hallarının bölgəyə gələn bir çox sakinin və qonaqların təhlükəsizlik tədbirlərinə əməl etməməsindən, maskalara və dezinfeksiyaedici vasitələrə laqeyd yanaşmasından qaynaqlandığı bildirilir.

Chosen
8
3
xalqcebhesi.az

4Sources