EN

Pentaqon İrana qarşı bir neçə zərbə planı hazırlayıb

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə Vaşinqtonun İranla bağlı mümkün gələcək hərəkətlərini müzakirə etmək üçün görüş keçirib.

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən yazır. Görüş Amerika liderinin Virciniyadakı qolf klubunda baş tutub. İştirak edənlər arasında vitse-prezident  Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və ABŞ Baş nazirinin xüsusi elçisi Stiv Vitkoff da olub.

Ağ Evin bu həftənin sonlarında milli təhlükəsizlik komandasının nümayəndələri ilə yenidən görüşməsi gözlənilir.

Mənbə bildirir ki, Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon İrana qarşı bir neçə zərbə planı hazırlayıb. CNN-in məlumatına görə, hədəf siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
2
cebheinfo.az

7Sources